mail us
|
AZ
|
RU
|
EN
Qeydiyyat
Qeydiyyat zamanı göstərdiyiniz məlumatlar Sizin HOTNET istifadəçisi kimi təyin edilməyinizə xidmət edir. Biz, Sizin şəxsi məlumatlarınızın yayılmamasına zəmanət veririk.
İstifadəçi adı
(minimum 6 simvol, latın hərfləri, rəqəmlər, '-', '_')
*
Şifrə
*
Təkrar şifrə
*
e-mail
**
Ad
Soyad
Təhlükəsizlik simvolları
Simvolları yenilə
XİDMƏT GÖSTƏRİLMƏSİNİN ÜMUMİ ŞƏRTLƏRİ
1. ÜMUMİ MÜDDƏALAR. 1.1. Əlaqə xidmətlərinin göstərilməsinin Ümumi şərtləri (bundan sonra – "Şərtlər") "HOTNET MMC" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra –"HOTNET") tərəfindən Bakı şəhərində fiziki şəxslərə (bundan sonra – "İstifadəçi") əlaqə xidmətlərinin göstərilməsi zamanı tətbiq edilir. 1.2. HOTNET İstifadəçiyə Internet-ə qoşulma seansı və həmçinin, HOTNET şəbəkəsinin məlumat mənbələrinə və telematik xidmətlərinə qoşulma təqdim edir. 1.3. Xidmət haqqında məlumatlar İcraçı tərəfindən http://www.hotnet.az ünvanlı veb-səhifədə (bundan sonra – "Xidmət Saytı") dərc olunur. Xidmətlər çərçivəsində İstifadəçiyə Xidmətin şəxsən idarə edilməsi üçün şərait yaradan xüsusi bölməyə – "Şəxsi Kabinet"ə giriş imkanı təqdim olunur. Bu zaman İstifadəçi HOTNET tərəfindən Şəxsi Kabinet və Xidmət Saytında yerləşdirilmiş məlumatların sistematik olaraq izlənməsini öhdəsinə götürür. 1.4. Xidmətdən istifadə etmək üçün İstifadəçi terminal avadanlığa (fərdi kompüter, cib kompüteri, noutbuk) malik olmalıdır. Avadanlığa tətbiq edilən tələbatlar HOTNET tərəfindən Xidmət Saytında dərc olunur. 1.5. Bakı şəhərində göstərilən Xidmət ərazisi HOTNET tərəfindən Xidmət Saytında dərc olunur. 2. XİDMƏTİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ. 2.1. Xidmət sutkada 24 (iyirmi dörd) saat, həftədə 7 (yeddi) gün ərzində fəaliyyət göstərir. 2.2. HOTNET Xidmətin keyfiyyət göstəricilərinin standartlara və texniki normalara uyğunluğuna zəmanət verir. 3. XİDMƏTİN TƏQDİM EDİLMƏSİ VƏ ÖDƏMƏ ŞƏRTLƏRİ. 3.1. Xidmətin sifariş edilməsi üçün İstifadəçi Xidmət Saytına müraciət edərək, burada yerləşdirilmiş təlimata əsasən qeydiyyatdan keçməlidir. Qeydiyyat prosedurunun bitməsindən sonra İstifadəçi üçün unikal ad və şifrə ayrılır (bundan sonra – "Qeydiyyat Yazısı") və HOTNET-in qeydiyyat sistemində İstifadəçinin elektron şəxsi hesabı (bundan sonra – "Şəxsi Hesab") yaradılır. Qeydiyyat Yazısından İstifadəçinin Xidmətə qoşulma zamanı avtorizasiyası və həmçinin, Şəxsi Kabinetə girişi üçün istifadə olunur. 3.2. İstifadəçinin Şəxsi Kabinetdə və Şəxsi Hesab ilə iş qaydaları HOTNET tərəfindən Xidmət Saytında dərc olunur. Xidmət qabaqcadan ödəmə şərtləri ilə təqdim edilir. Müvafiq Tarif Planı üçün müəyyən edilmiş miqdarda qabaqcadan ödəmə məbləği Kartın aktivləşdirilməsi yolu ilə Şəxsi Kabinetdə Şəxsi Hesaba köçürülür. 3.3. Xidmətin qiymət və tarifləri manatla müəyyən edilmişdir. Ümumi Şərtlərin tərkib hissəsi olan Tarif Planları şərtləri HOTNET tərəfindən Xidmət Saytında dərc olunur. Xidmətdən istifadə edərkən İstifadəçinin aktivləşdirdiyi əlavə ödəmə kartları HOTNET tərəfindən həmin kartların nominalına uyğun olaraq hesablanır. 3.4. HOTNET, Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydalara əsasən birtərəfli şəkildə Tarif Planlarının şərtlərini dəyişdirə və yaxud yeni ödəmələr tətbiq edə bilər. 3.5. Xidmətdən istifadəyə başlamanın faktiki tarixi HOTNET tərəfindən şəbəkədə tətbiq edilmiş birləşmələrə proqram nəzarət və ya dəyərin qeydiyyatı məlumatları (billinq) əsasında təyin edilir. Xidmət, Kartın aktivləşdirildiyi andan etibarən aktiv sayılır və Kartda qeyd edilmiş müddətin bitməsinə qədər davam edir. 3.6. Xidmətdən istifadə etmək üçün İstifadəçi Şəxsi Hesabının balansını daima müsbət saxlamalıdır. Bu zaman İstifadəçi təyin olunmuş müddətdə Şəxsi Hesabının balansını doldurmalı və balansın sıfıra bərabər və ya mənfi olmasına imkan verməyərək ödəniş aparmalıdır. İstifadəçinin seçdiyi Tarif Planında qabaqcadan ödənilmiş məbləğin qalığının qaytarılması halları və şərtləri nəzərdə tutulmamışdırsa, bu qalıq HOTNET-in razılaşdırılmış məsrəfi kimi qəbul edilir. 3.7. Balansın qabaqcadan ödəniş şəklində doldurulması haqqında məlumat və həmçinin, İstifadəçinin Şəxsi Hesabına əsasən Xidmətin fəaliyyət müddəti Şəxsi Kabinetdə qeyd olunur. İstifadəçi cari məlumatların vaxtlı-vaxtında alınması üçün öz Şəxsi Hesabını mütəmadi olaraq yoxlamağı öhdəsinə götürür. 3.8. İstifadəçi qeydiyyatdan keçdikdən sonra 6 (altı) ay ərzində balans doldurmadığı halda Xidmətin təqdim edilməsi dayandırılaraq İstifadəçinin Uçot Yazısı silinir. Bu zaman Xidmətdən istifadə hüququnun bərpa edilməsi yalnız yeni İstifadəçi kimi qeydiyyatdan keçməklə mümkündür. 3.9. İstifadəçinin Şəxsi Hesabının balansı mənfi olduğu halda, HOTNET Xidmətin təqdim edilməsini dayandıra bilər. Xidmətdən istifadə etmək hüququ, Şəxsi Hesabın balansının doldurulmasından sonra bərpa olunur. İstifadəçi, istədiyi vaxtda Xidmətdən istifadəni dayandıra bilər. 3.10. İstifadəçi qeydiyyat vaxtı ona ayrılmış Uçot Yazısının yayılmamasına və qorunmasına görə tam cavabdehlik daşıyır. İstifadəçi, onun Uçot Yazısından istifadə edən digər şəxslərin əməllərinə görə də cavabdehlik daşıyır. İstifadəçi tərəfindən Xidmətə qoşulmaq üçün zəruri olan bütün məlumatların itirildiyi halda bu məlumatlar ancaq İstifadəçi tərəfindən Ümumi Şərtlərin 5.1. bəndinin tələblərinin tam yerinə yetirilməsi şərti ilə və şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə İstifadəçinin HOTNET ofisinə yazılı surətdə müraciəti əsasında bərpa edilir. HOTNET ofisinin ünvanları və həmçinin, ofisin iş qrafiki Xidmət Saytında dərc olunur. 3.11. İstifadəçi Xidmətə qoşulma ilə bağlı bütün xərcləri ödəyir. 4. HOTNET. 4.1. HOTNET Texniki dəstək xidmətinin məsləhətlərinin telefon vasitəsilə İstifadəçiyə çatdırılmasını təmin edir. Texniki dəstək xidmətinin iş qrafiki HOTNET tərəfindən Xidmət saytında dərc edilir. Məsləhətlərin həcmi Xidmətlərin təqdim edilməsi ilə bağlı konkret suallarla məhdudlaşdırılır. 5. İSTİFADƏÇİ. 5.1. İstifadəçi aşağıdakı hallara görə məsuliyyət daşıyır: – qeydiyyat prosesində adı, soyadı da daxil olmaqla, özü haqqında şəxsi məlumatların dəqiqliklə göstərilməməsi; – vaxtlı-vaxtında balansının doldurulmaması; – HOTNET-in yazılı icazəsi olmadan ona təqdim edilən Xidməti yayılması, satılması, üçüncü şəxsə təqdim edilməsi və həmçinin, üçüncü şəxsə satılması və ya verilməsi məqsədilə reklam olunması. 5.2. İstifadəçi istənilən vaxt birtərəfli qaydada Xidmətdən istifadə olunmasından imtina edə bilər. Bu zaman İstifadəçinin imtina etdiyi tarixə onun Şəxsi Hesabında olan pul vəsaiti qalığı HOTNET-in faktiki olaraq xərclədiyi məsrəf kimi HOTNET-ə ödənilir. 6. ƏLAVƏ ŞƏRTLƏR. 6.1. Xidmət göstərilməsi fəaliyyətinə birbaşa və ya dolayı yol ilə təsir göstərən yeni normativ aktların qəbul edildiyi təqdirdə HOTNET, dəyişikliklərin qüvvəyə minməsindən 10 (on) gündən az olmayan müddətdə İstifadəçiyə bildiriş təqdim etməklə, birtərəfli qaydada Ümumi Şərtləri və Tarif Planlarını dəyişdirə və yaxud əvvəlcədən müəyyən edilmiş ödəmələrə əlavə olaraq yeni ödəmələr tətbiq edə bilər. Xidmət saytında yerləşdirilmiş müvafiq informasiya bildiriş sayılır. Bildirişin tarixi – müvafiq informasiyanın Xidmət saytında dərc olunduğu tarix sayılır (bundan sonra – "Bildiriş Tarixi"). Qeyd olunan dəyişikliklərlə razılaşmadığı təqdirdə İstifadəçi, Bildiriş Tarixindən sonra 10 (on) gün ərzində Xidmətdən istifadənin dayandırılması yolu ilə dəyişikliklərin qəbul edilməsindən imtina edə bilər. Bu müddətin bitməsindən sonra İstifadəçinin Xidmətdən istifadəni davam etdirməsi, onun tətbiq edilmiş dəyişikliklərə razılığını bildirir. 6.2. Xidmətin təqdim edilməsinin dayandırılması aşağıdakı səbəblərdən baş verə bilər: – Xidmətin təqdim edilməsi dövlətin təhlükəsizliyi və müdafiə qabiliyyəti, insanların səhhəti və təhlükəsizliyi üçün təhlükə yaratdıqda; – Xidmətin təqdim edilməsi hər-hansı fiziki, topoqrafik və yaxud digər təbii maneələr səbəbindən mümkün olmadıqda; – İstifadəçi əsassız olaraq Xidmətin təqdim edilməsi şərtləri ilə razılaşmır və ya ödəmələri vaxtlı-vaxtında yerinə yetirmir; – İstifadəçi Xidmətdən hər-hansı qeyri-qanuni məqsədlər üçün istifadə edir və ya Xidməti qeyri-qanuni yolla əldə edir. 6.3. İstifadəçi, siqnalın yayılması şəraitindən və yaxud tikililərin yaxınlığında, tunellərdə, zirzəmilərdə və digər yeraltı qurğularda, relyefin və tikililərin lokal xüsusiyyətlərindən, meteoroloji və digər şəraitdən asılı olaraq maneələrlə rastlaşması nəticəsində təqdim edilən Xidmətin pisləşməsini və ya qırılmasını Xidmətin işində fasilə kimi qəbul edilməyəcəyi və bu zaman HOTNET tərəfindən heç bir kompensasiyanın verilməyəcəyi şərtlərini qəbul edir. 7. XİDMƏTİN TƏQDİM EDİLMƏSİNDƏ FASİLƏLƏR. 7.1. Xidmətin təqdim edilməsində qəza baş verdikdə, zəif keyfiyyət və fasilə hallarında İstifadəçi HOTNET tərəfindən Xidmət saytında dərc olunmuş telefonlar vasitəsilə Dəstək Xidmətinə məlumat verir. 7.2. Xidmətin təqdim edilməsi üçün istifadə olunan rabitə vasitələri və avadanlıqlara planlı xidmətin göstərilməsi məqsədilə HOTNET Xidmətin işində fasilələrin verilməsi haqqını öz üzərində daşıyır. 8. ƏLAVƏ ŞƏRTLƏR. 8.1. Ümumi Şərtlər ilə bağlı bütün mübahisə və ziddiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, HOTNET-in yerləşdiyi ərazinin məhkəməsində həll olunur. Xidmətdən istifadə edilərkən aşağıdakılar qadağan olunur: 8.2. Digər müştərilərin qoşulmasının məhdudlaşdırılması və digər istifadəçilərin Internet şəbəkəsinə qoşulmasına maneələr yaradılması. 8.3. İcazəsiz və ya sifarişsiz olaraq reklam, məlumat və digər xarakterli materialların elektron poçtlara və həmçinin, məzmunca uyğun olmayan elektron nəşriyyat və konfranslara göndərilməsi. 8.4. Elektron poçt, elektron nəşriyyat və konfranslar vasitəsilə bu materialların alınmasına elektron poçt sahiblərinin razılığı olduğu hal istisna olmaqla, reklam, məlumat və digər xarakterli materialların kütləvi şəkildə Internet şəbəkəsinin digər istifadəçilərinə paylanması. 8.5. Internet şəbəkəsinin hər-hansı texnoloji komponentlərinə (qovşaqlarına), proqramlarına, məlumatlar bazasına və digər tərkib elementlərinə özbaşına (icazəsiz) müdaxilə edilməsi. 8.6. Yayılması Azərbaycan və ya beynəlxalq hüquqa bu və ya digər şəkildə zidd olan hər-hansı məlumatların Internet şəbəkəsi vasitəsilə göndərilməsi və ya əlçatan edilməsi. 8.7. Virus və ya digər zərərli komponentləri daşıyan hər-hansı məlumat və ya proqram təminatının ötürülməsi. 8.8. Xidmət vasitəsilə tam və ya qismən əldə edilmiş məlumat, proqram təminatı və digər materialların bu məhsulun təchizatçısının icazəsi olmadan göndərilməsi, ötürülməsi, təkrar istehsalı və hər-hansı şəkildə kommersiya məqsədləri ilə istifadə olunması. 8.9. Xidmət vasitəsilə əldə edilmiş, tam və ya qismən müəllif və digər hüquqlarla müdafiə olunmuş məlumat, proqram təminatı və digər materialların müəllifin icazəsi olmadan göndərilməsi, ötürülməsi, təkrar istehsalı və hər-hansı üsulla yayılması. 8.10. HOTNET Xidmət vasitəsilə yayılan və ya qəbul edilən məlumatların məzmununun izlənməsinə cavabdeh deyildir.
Qəbul edirəm
*
* - mütləq doldurulmalı sahələr
** - e-mail bildiriş və məlumatların göndərilməsi üçün istifadə olunacaqdır
Əsas səhifə
Xidmət haqqında
Əhatə dairəsi
Tariflər
Ödəmə üsulları
İstifadəçilərə
Dəstək
Xəbərlər