 |
Xəbərlərə yazıl
|  |
|
|
| "HOTNET" tarifləri endirdi |
18.11.2009 |
«HOTNET» xidməti öz istifadəçilərini sevindirməkdə davam edir. «HOTNET»-dən simsiz WiFi İnternet xidməti istifadəçilərin arasında o qədər populyar olub ki, hətta paytaxt sakinlərinin həyat tərzinin bir hissəsinə çevrilib.
«HOTNET» istifadəçiləri artıq simsiz WiFi İnternet-inin üstünlüklərini, onun sadəliyini və rahatlığını qiymətləndirə biliblər. «HOTNET» əhatə dairəsində olaraq, hər zaman dünya İnternet şəbəkəsinə çıxış imkanı əldə etmək olar. İstifadəçilərin çoxu fəal şəkildə «HOTNET»-in təqdim edtiyi İnternet-ə simsiz qoşulma imkanlarından bəhrələnirlər. «HOTNET» WiFi şəbəkəsi vasitəsi ilə lazımı məlumatı əldə etmək, poçt almaq və göndərmək, son xəbərləri öyrənmək, və sadəcə maraqlı saytlara baxmaq olar.
«HOTNET» xidməti bütün istifadəçiləri üçün xoş sürpriz hazırlamışdır. İstifadəçilər üçün tariflərdə olan dəyişikliklər daha əlverişli şərtlərdən yararlanmaq, İnternet şəbəkəsindən ikiqat istifadəsinin artırılması imkanını yaradır. Beləliklə, cari ilin 18 noyabr tarixindən «HOTNET»-in bütün istifadəçiləri çox əlverişli tariflərlə sizmsiz İnternetdən istifadə edə bilərlər
«HOTNET- WiFi» xidmətindən istifadə üzrə tariflər:
| Günlərin sayı |
Trafik həcmi |
Qiymət |
| 1 gün |
200 MB |
2 AZN |
| 14 gün |
1 GB |
12 AZN |
| 1 ay |
2 GB |
19 AZN |
Yeni tariflərin qüvvəyə minməsinə paralel olaraq, «HOTNET» əhatə dairəsinin genişləndirilməsi və xidmətin keyfiyyətinin artırılması üçün fəal iş aparır (əhatə dairəsi xəritəsi)
WiFi xidmətindən bütün «HOTNET» istifadəçiləri bəhrələnir, və bu xidmət, noutbuk və ya WiFi modulu ilə təchiz edilmiş hər hansı digər cihaz ilə İnternetə qoşulmaq imkanı verir. «HOTNET»-in WiFi şəbəkəsinin bütün imkanlarını qiymətləndirməkdən ötrü hot spotların birinə qoşulmaq və www.azerbaijan.az, www.day.az, www.hotnet.az. saytlarına ödənişsiz test çıxışını əldə etmək kifayət edir.
Şirkət haqqında:
«HOTNET» WiFi texnologiyası əsasında İnternetə simsiz çıxış şəbəkəsidir. Bu gün «HOTNET» həm Azərbaycanda, həm də bütün Qafqazda ən iri WiFi şəbəkəsidir.
Əhatə dairəsinə Bakının mərkəzi hissəsi və şəhərin bir çox rayonları daxildir. Bununla belə şəbəkə genişlənməkdə və inkişaf etməkdədir, hər gün yeni hotspotlar əlavə edilir. «HOTNET» xidməti Bakıda 285-dən çox satış nöqtəsinə malikdir. Bununla yanaşı olaraq, 17 mart 2009-cu ildən Azərbaycanda ilk dəfə olaraq «HOTNET» simsiz İnternet xidməti, Azərbaycanda "GoldenPay” onlayn ödəniş xidmətini təmin edən ilk provayderlə birgə bank kartları vasitəsilə onlayn rejimində İnternet xidmətlərin ödənilməsi imakanının yaradılması haqqında elan etmişdi.
Xidmət, tariflər, satış nöqtələri və mövcud olan İnternet-ə çıxış nöqtələri haqqında daha ətraflı məlumatın əldə edilməsi üçün, www.hotnet.az rəsmi İnternet səhifəsinə daxil ola bilərsiniz.
|
| “In-Stat” şirkətinin hesabatı |
12.08.2009 |
“In-Stat” şirkətinin hesabatına əsasən, 2012-ci ilə qədər Wi-Fi ilə təchiz edilmiş avadanlıqların sayı 1 milyard ədədə çatacaq.
Analitik şirkətlərin qiymətləndirmələrinə görə, 2007-ci ildə Wi-Fi bazarının həcmi 294 milyon ədəd təşkil etmişdir.
2012-ci ilə qədər olan illik artım templəri təxminən 26% təşkil edəcək. İlkin məlumatlara görə, 2011-ci ildə Wi-Fi ilə təchiz edilmiş mobil terminalların sayı simsiz texnologiya ilə təchiz edilmiş mobil fərdi kompüterlərin sayını üstələyəcəkdir.
Mənbə: ITC.ua
|
| HOTNET xidmətlərinin onlayn rejimində ödənilməsini tətbiq etmişdir |
17.03.2009 |
Azərbaycanda ilk dəfə olaraq 17 mart 2009-il tarixində HOTNET simsiz İnternet xidməti, Azərbaycanda ilk on-layn ödəmə sistemini tətbiq edən GoldenPay şirkəti ilə birgə, HOTNET-in simsiz İnternet xidmətlərinin İntrenet-də bank kartları vasitəsi ilə on-layn rejimində ödəməsi imkanı yaradıb.
HOTNET xidmətinin hər bir müştərisi günün istənilən vaxtı xidmətin rəsmi İnternet səhifəsində (www.hotnet.az) «Visa/ Visa Elestron» və ya «Mastercard/Maestro» kartları vasitəsi ilə balansını artıra bilər.
«VISA» və «Mastercard» ödəmə kartları vasitəsi ilə ödənişlər çox asanlıqla həyata keçirilir. Balansınızın artırılması üçün Şəxsi kabinetə daxil olun (öncədən Qeydiyyatdan keçin), “On-layn ödəmə” vasitəsini seçin, açılan pəncərədə ödəmək istədiyiniz nominalı seçin, növbəti mərhələdə bank kartınızın məlumatını daxil edin. Ödəmə prosesi bitdikdən bir neçə saniyədən sonra balansınız artacaq. Sözü gedən xidmətin istifadəsi müştərilər üçün tamamilə pulsuzdu və ödəniş zamanı heç bir komisyon haqqı nəzərdə tutulmayıb.
Xatırladaq ki, “GoldenPay” sisteminin 2008-ci ilin dekabr ayında “SilverKey Azərbaycan” şirkəti tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdimatı olunmuşdur. Bu sistem fəaliyyət göstərmək üçün “Visa” və “MasterCard” beynəlxalq ödəmə sistemləri tərəfindən lazımı tələblərə cavab verir. GoldenPay “Verified by Visa” və “Mastercard SecureCode” lisenziyalarının sahibidir. Təhlükəsizliyin yüksək səviyyədə olması üçün GoldenPay sistemi “VeriSign SSL” şifrlənməsindən istifadə edir.
|
| HOTNET ödəmə kartları artıq satışdadır |
18.01.2008 |
HOTNET ödəmə kartları artıq satışdadır!
18 yanvar 2008-ci il tarixindən HOTNET xidmətinin ödəmə kartları satışa buraxılmışdır.
Diler mağazalarında satışta olan HOTNET servisinin ödəmə kartları istifadəçilərə balans doldurulması əməliyyatı aparmaq, və WiFi şəbəkəsinin əhatə dairəsində Internetə keyfiyyətli və sürətli qoşulma imkanı yaradır.
Xidmətdən istifadə etmək üçün "Ödəmə kartı"nı almaq və www.hotnet.az/az/registration.php səhifəsində qeydiyyatdan keçmək tələb olunur.
|
| Bakıda WiFi xidmətləri göstəriləcəkdir |
26.12.2007 |
Bakı ərazisində simsiz WiFi standartlı Internet xidmətləri göstəriləcəkdir.
WiFi texnologiyası üzərində qurulmuş İnternetə simsiz qoşulma servisi HOTNET ticarət nişanı ilə təqdim edilir.
Paytaxtın müxtəlif yerlərində quraşdırılmış hot-spot şəbəkəsi bütün şəhər ərazisində WiFi standartlı simsiz Internet-ə qoşulmaq üçün şərait yaradacaqdır ki, bu da təkcə Azərbaycanda deyil, bütün regionda ilk dəfə tətbiq edilir.
Hal-hazırda WiFi simsiz xidmətlər sahəsində ən geniş yayılmış standartlardandır. Bu gün faktiki olaraq bütün mobil qurğular – noutbuk, fərdi cib kompüteri, smartfon və mobil telefonların bəzi modelləri bu standartı dəstəkləyir. Təqdim olunan WiFi xidmətləri qeyd olunan avadanlıqların bütün istifadəçiləri üçün simsiz Internet-ə qoşulma imkanı yaradacaqdır.
Layihənin birinci mərhələsinin həyata keçirilməsi çərçivəsində paytaxtın mərkəzi küçələrində və ictimai yerlərdə radiosiqnalın keyfiyyəti sınaqdan keçirilir.
Xidmətlə tanışlıq və keyfiyyətin sınaqdan keçirilməsi məqsədilə bütün arzulayanlar hal-hazırda təqdim olunmuş populyar məlumat mənbəyi www.day.az-a pulsuz qoşulmadan istifadə edə bilərlər.
|
| | |