açılış səhifəsi et
     
     Xəbərlər
     Əsas səhifə
     Xidmət haqqında
     Wi-Fi nədir?
     Tariflər
     Şəbəkənin əhatə dairəsi
     Qeydiyyat
     Şəxsi kabinetə daxil ol
     Qoşulma qaydası
     Dəstək
     Əlaqə
Xəbərlərə yazıl



   FAQ
      Təhlükəsizlik FAQ Qoşulma üzrə təlimat

Terminologiya
• WiFi nədir?
WiFi (Wireless Fidelity) – lokal və ya Internet şəbəkəsinə sürətli simsiz birləşməni təmin edən və daima təkmilləşərək böyük populyarlıq qazanmaqda olan texnologiyadır.

• Qoşulma Nöqtəsi nədir (Access Point, AP)?
Qoşulma nöqtəsi (və ya ötürücü) – WiFi şəbəkəsində radiosiqnalların qəbul edilib, göndərilməsini və istifadəçinin radioadapteri ilə (WiFi adapter) şəbəkə arasında radiokanalı təmin edən xüsusi avadanlıqdır.

• Xot-spot nə deməkdir (Hot Spot – "qaynar nöqtə")
Xot-spot – müəyyən yerlərdə Internet-ə WiFi texnologiyası vasitəsilə qoşulmaq üçün şəbəkədir (məsələn, mehmanxana, aeroprt, kafe, restoran, biznes mərkəzi və s.). Xot-spot, həmçinin bir şəbəkəyə birləşdirilmiş bir neçə qoşulma nöqtəsindən də ibarət ola bilər. İstifadəçi xot-spotun əhatə dairəsində sərbəst hərəkətə malik olur.

• SSID (ESSID), Service Set IDentifier nədir?
Bu, bir şəbəkəni digərlərindən fərqləndirən şəbəkə identifikatorudur. Bir identifikatora malik olan şəbəkə, adətən eyni parametrlərə malik olur. Bizim şəbəkənin identifikatoru HOTNET-dir.


Xidmətin parametrləri və birləşmənin keyfiyyəti
• HOTNET-ə qoşulma zamanı birləşmənin və məlumat ötürülməsinin sürəti nə qədərdir?
Məlumatların ötürülməsi sürəti 256 kilobit/saniyədir ki, bu da web-səhifələrin yüklənməsi, poçtun yoxlanması və həmçinin Internet-in digər mənbələrindən sərbəst şəkildə istifadə edilməsi üçün tam kifayətdir.

• Qoşulma Nöqtəsindən hansı məsafədə sabit əlaqə mövcuddur?
Açıq havada təsir radiusu təxminən 100 – 300 metrdir. Binalarda bu, divarların materialından asılı olaraq, adətən 100 metrdən az olur.


Qoşulma
• Xidmətdən istifadə etmək üçün nə lazımdır?
Zəruri avadanlıqlar:
  • PC (stolüstü kompüter, noutbuk) və yaxud cib kompüteri.
  • Simsiz əlaqə adapteri (802.11b və ya g WLAN adapteri).
Həmçinin, qeydiyyatdan keçməlisiniz (xidmətin saytı www.hotnet.az ).

• Kompüterim WiFi dəstəkləyirmi?
Əgər kompüterinizin üzərinə "WiFi" və ya "Intel® Centrino™" loqotipləri vurulmuşdursa və yaxud texniki parametrlərdə IEEE 802.11b/g standartının dəstəklənməsi qeyd olunursa, deməli Sizin qurğunuza artıq adapter quraşdırılmışdır və Internet-ə çıxış üçün Sizə əlavə heç bir qurğu lazım deyildir.

• HOTNET-ə qoşulmaq üçün hansı avadanlıqlar tələb olunur?
Kompüteriniz WiFi texnologiyasını dəstəkləmirsə, WiFi adapteri və ona əlavə olunan proqram təminatının quraşdırılması tələb olunur.
WiFi adapteri aşağıdakı şəkildə ola bilər:
• stolüstü kompüterlər üçün PCI kartları;
• noutbukun PCMCIA slotuna taxılan kart (PC Card);
• kompüterin və ya noutbukun USB portuna qoşula bilən qurğu;
• Ethernet razyoma qoşula bilən qurğu (WLAN-Ethernet-adapter);
• SD və ya cib kompüteri üçün CF kartları.

• HOTNET şəbəkəsi ilə qoşulmanı necə təyin etmək olar?
Əməliyyat sisteminin nizamlanmasından sonra Sizin qurğunun simsiz adapteri HOTNET şəbəkəsini təyin etməlidir. Simsiz adapter qoşuludursa, bu avtomatik olaraq yerinə yetirilir. Əksər noutbuklarda (Windows XP əməliyyat sistemində) bu zaman ekranın aşağı sağ küncündə işarə əmələ gəlir. Əlaqənin vəziyyətini və siqnalın səviyyəsini Siz bu işarənin görünüşü ilə təyin edə bilərsiniz (qırmızı xətlə işarələnmiş ekran şəkli simsiz birləşmənin qoşulmadığını bildirir).

• Mən HOTNET şəbəkəsinə qoşulmuşam, lakin Internet əlavəlləri ilə (e-mail, icq və s.) işləyə bilmirəm
Internet-bələdçisini (naviqator), məsələn Internet Explorer-i yükləyin. Bu zaman hər-hansı Internet-ünvanı tapmaq istədikdə Siz, avtomatik olaraq başlanğıc start səhifəsinə yönləndiriləcəksiniz. Müvəffəqiyyətli avtorizədən keçdikdən sonra Internet mənbələrinə giriş açıq olacaqdır.

• Avtomatik yönləndirilmə baş vermədi, hansı nizamlamaları yerinə yetirmək lazımdır?
1. Windows əməliyyat sisteminin nizamlanmasında aşağıdakı parametrləri quraşdırın:
• İdarəetmə paneli > Şəbəkə > Simsiz birləşmə > Qoşmalar "Ümumi" (Панель Управления >   Сеть > Беспроводное соединение > Закладка "Общие").
• TCP/IP nizamlanmasında "IP və DNS parametrləri avtomatik olaraq təyin olunur" ("параметры IP   и DNS назначаются автоматически") qeyd edin.

2. Internet-bələdçisini yükləyin və istənilən ünvanı yığın.

Yönləndirilmə baş tutmadısa, Internet-bələdçisinin nizamlanmasını yoxlayın. Internet-bələdçisinin "Xüsusiyyətlər"i menyusuna girin (Internet Explorer üçün), "Qoşulmalar" əlavəsini seçin və Internet-ə qoşulmaq üçün digər əlavə birləşmələrdən istifadə olunmadığına əmin olun. LAN "Nizamlanma"sında proksi-server və avtomatik nizamlanma ssenarisindən istifadə olunması komandalarını ləğv edin.


Problemlər
• Şəbəkəni tapmaq olmur
Mümkün olan səbəblər:
• WiFi adapter qoşulmamış və ya xarabdır.
• Həmin ərazinin şəbəkənin əhatə dairəsinə daxil olmadığında.
• Siqnalın səviyyəsi zəifdir (əhatə dairəsi vardır, lakin siqnal zəifdir – bunu simsiz qoşulma   indikatorundan görmək olar).

Siz, həmçinin HOTNET əhatə dairəsinin genişləndirilməsi üçün sifariş və ya şəbəkənin iş keyfiyyəti barədə rəyinizi göndərə bilərsiniz.

Əgər səbəb müəyyən edilmirsə, +994 12 596 49 49 nömrəli telefonla bizim dəstək xidmətimizə müraciət edin.

• Avtorizasiyadan keçə bilmirsiniz: istifadəçi adı və ya parol qəbul edilmir
Əgər Siz qeydiyyatdan yenicə keçmişsinizsə, avtorizasiya məlumatlarınızdan 5 – 15 dəqiqədən sonra istifadə edə bilərsiniz. Digər hallarda +994 12 596 49 49 nömrəli telefonla bizim dəstək xidmətimizə müraciət edərək qeydiyyat məlumatlarınızı və avtorizasiya vaxtı əmələ gələn səhvlərin kodunu bildirin.


İstifadənin aspektləri
• HOTNET ilə birləşmədən lokal şəbəkəyə və yaxud əksinə necə keçə bilərəm?
Windows 2000 i Windows XP əməliyyat sistemləri aktiv olan şəbəkə interfeysini avtomatik olaraq təyin edir. Digər sistemlərdə bir şəbəkədən digərinə əl üsulu ilə keçmək tələb olunur (əməliyyat sisteminin təsnifatına baxın).

• Nəyə görə şəbəkə hərdən daha sürətli işləyir?
HOTNET şəbəkəsi, hətta bir neçə istifadəçinin bir qoşulma nöqtəsindən istifadə etdiyi vaxtda belə Sizin kompüterinizin Internet-lə yüksəksürətli qoşulmasını təmin edir. Əksər hallarda Sizin müraciət etdiyiniz server məhdudiyyət amillərindən biri ola bilər. Sürətə, həmçinin maneələr də təsir edir.

• İşlədiyim şirkətdə və ya evdə istifadə etdiyim Wireless LAN kartından HOTNET şəbəkəsindəki kimi    istifadə edə bilərəmmi?
Bu Sizin istifadə etdiyiniz kartdan asılıdır. Əksər WLAN adapterləri Sizə müxtəlif şəbəkələrə qoşulmaq imkanı verən bir neçə istifadəçi profilini dəstəkləyir. Profillərin nizamlanması üçün Sizin laptop və ya PDA-nızın proqram təminatından istifadə edin.

• WiFi adapteri digər simsiz qurğuların işinə maneçilik törədirmi?
Bir qayda olaraq, mane olmur. WiFi ilə Bluetooth qurğuları arasında maneə olması mümkündür, belə ki, hər iki texnologiya 2,4 HHs: 2400-2483,5 MHs arasında qırılan tezlikli diapazonlardan istifadə edir.
WiFi adapteri mobil telefon, radiotelefon (nadir Amerika istehsalı olan modellərdən başqa), məsafədən idarəetmə pultu və digər qurğulara maneçilik törətmir.

• WiFi nə dərəcədə zərərlidir?
Adapterin işinin insana hər-hansı zərərli bir təsiri müşahidə edilməmişdir. WiFi ötürücüsünün (qoşulma nöqtəsinin) gücü – 100 mVt-dən artıq deyildir (istifadəçi adapterinin gücü, adətən daha zəifdir), bu da insanlar üçün tam zərərsiz olan mobil telefonun gücündən 10 dəfə azdır.

• Nə üçün mən qoşulma üçün 802.11a standartından istifadə edə bilmirəm?
Bu standart müştəri qoşulmaları üçün istifadə edilmir, ona görə ki, digər tezlik diapazonunda (5,2 HHs) işləyir. Azərbaycanda bir qayda olaraq, 2,4 HHs diapazonundan istifadə edilir. 802.11a standartı isə daha çox ABŞ-da yayılmışdır.


Nokia E65-in istifadə aspektləri
• Nokia E65 ilə mən Internet-dən istifadə edə bilərəmmi?
Bu telefonda Internet-bələdçisini quraşdırılmışdır. Internet-ə HOTNET şəbəkəsi vasitəsilə qoşulmaq üçün www.hotnet.az səhifəsində verilmiş qaydalara əsasən qeydiyyatdan keçməli, hesabınızın balansını doldurmalısınız.

• WiFi-dan istifadə edərkən akkumulyator batareyasının enerjisi nə qədər kifayət edir?
WiFi adapteri akkumulyator batareyasının enerjisindən intensiv olaraq istifadə etdiyi üçün onu daima qoşulu vəziyyətdə saxlamaq tövsiyə edilmir. Bunun üçün nizamlanmada "SIP parametrləri" > "Qeydiyyat" > "Tələb olunarsa" göstərmək lazımdır – bu halda şəbəkədə qeydiyyat ancaq HOTNET vasitəsilə giriş zamanı aparılacaqdır. HOTNET vasitəsilə birləşməni bitirdikdən sonra şəbəkədən çıxmağı tövsiyə edirik.




Yaşadığınız mənzilin HOTNET şəbəkəsinə qoşulması üçün ərizə
Xidmət barəsində rəyinizi bildirin


© Copyright 2007 HOTNET