açılış səhifəsi et
     
     Xəbərlər
     Əsas səhifə
     Xidmət haqqında
     Wi-Fi nədir?
     Tariflər
     Şəbəkənin əhatə dairəsi
     Qeydiyyat
     Şəxsi kabinetə daxil ol
     Qoşulma qaydası
     Dəstək
     Əlaqə
Xəbərlərə yazıl

   Qoşulma üzrə təlimat
  Qoşulma qaydası MS Windows XP üçün MS Windows Vista üçün PDA Windows Mobile 5.0 üçün


MS Windows XP istifadəçiləri üçün


1-ci ADDIM
WiFi adapteri qoşun. Ekranın aşağı sağ küncündə simsiz şəbəkə indikatoru görünəcəkdir.




2-ci ADDIM
İndikatorun üzərində mausın sağ düyməsini basıb "Görünən (açıq) simsiz şəbəkələrə baxış" bəndini ("Просмотр доступных беспроводных сетей") seçin.




3-cü ADDIM
Əmələ gəlmiş siyahıdan HOTNET şəbəkəsini seçib "Qoşmaq" ("Подключить") düyməsini basın (Şəbəkələrin siyahısı əmələ gəlməzsə "Təzələmək" ("Обновить") düyməsini basın.


4-cü ADDIM
Sizin adapter şəbəkəyə avtomatik olaraq qoşulmalı və IP-ünvan almalıdır. Bu baş verməzsə qoşulmanın xüsusiyyətlərində IP-ünvan və DNS-server ünvanlarının avtomatik alınması xassəsinin seçildiyini yoxlayın, bunun üçün:

"Şəbəkə qoşulmaları" qovluğunda (Start > Nizamlama > Şəbəkə qoşulmaları) (Пуск > Настройка > Сетевые подключения) "Simsiz şəbəkə birləşməsi" bəndinin üzərində ("Беспроводное сетевое соединение") mausın sağ düyməsini basın.



"Xüsusiyyətlər" bəndini ("Свойства") açın və açılmış pəncərədə "Internet protokolu (TCP/IP)" bəndini ("Протокол Интернета (TCP/IP)") seçərək "Xüsusiyyətlər" ("Свойства") düyməsinin basın.



Yeni açılmış pəncərədə "IP-ünvanı avtomatik almaq" ("Получить IP-адрес автоматически") və "DNS-server ünvanlarını avtomatik almaq" ("Получить адрес DNS-сервера автоматически") əlavələri qoşulmalıdır.




5-ci ADDIM
Internet Explorer və ya Sizin Internet-ə çıxış üçün istifadə etdiyiniz istənilən pəncərəni açın. Siz start səhifəsinə daxil olacaqsınız. İstifadəçi adını və parolu daxil edib "Login" düyməsini basın.

Siz hələ HOTNET şəbəkəsinin istifadəçisi deyilsinizsə, "Registration" ("Qeydiyyat") bəndini seçin və təlimatlara əsasən hərəkət edin. Əldə etdiyiniz istifadəçi adınızı və parolunuzu yadınızda saxlayın.





Yaşadığınız mənzilin HOTNET şəbəkəsinə qoşulması üçün ərizə
Xidmət barəsində rəyinizi bildirin


© Copyright 2007 HOTNET