MS Windows Vista istifadəçiləri üçün
1-ci ADDIM
WiFi adapteri qoşun. Ekranın aşağı sağ küncündə simsiz şəbəkə indikatoru görünəcəkdir.
2-ci ADDIM
İndikatorun üzərində mışkanın sağ düyməsini basıb "Şəbəkəyə qoşulmaq" bəndini ("Подключиться к сети") seçin.
3-cü ADDIM
Əmələ gəlmiş siyahıdan HOTNET şəbəkəsini seçib "Qoşulmaq" ("Подключиться") düyməsini basın.
4-cü ADDIM
Əmələ gəlmiş xəbərdaredici pəncərədə "Hər halda qoşmaq" ("Все равно подключить") bədini seçin.
Siz "Bu şəbəkənin parametrlərini yadda saxlamaq" bəndinin ("Сохранить параметры этой сети") qarşısında işarə qoymaqla HOTNET şəbəkəsinə qoşulmanı xeyli dərəcədə sadələşdirə bilərsiniz. Şəbəkəyə avtomatik olaraq qoşulmaq üçün "Bu şəbəkəni avtomatik olaraq qoşmaq" bəndinin ("Запускать это подключение автоматически") qarşısında işarə qoymaq lazımdır.
5-ci ADDIM
Internet Explorer və ya Sizin Internet-ə çıxış üçün istifadə etdiyiniz istənilən pəncərəni açın. Siz start səhifəsinə daxil olacaqsınız. İstifadəçi adını və parolu daxil edib "Login" düyməsini basın.
Siz hələ HOTNET şəbəkəsinin istifadəçisi deyilsinizsə, "
Registration"
("Qeydiyyat") bəndini seçin və təlimatlara əsasən hərəkət edin. Əldə etdiyiniz istifadəçi adınızı və parolunuzu yadınızda saxlayın.